Əsas fəaliyyət sahələri

Alman hüququ

  • Mülki hüquq
  • İş hüququ
  • Miqrasiya hüququ
  • Ailə hüququ/Boşanma
  • Şirkətlər və Ticarət hüququ
  • İşyeri/Ticari icarə hüququ
  • Marka və patent hüququ
  • İcra hüququ
  • İflas hüququ
  • Haqsız rəqabət hüququ
  • Təzminat hüququ
  • Cinayət hüququ
  • Nəqliyyat hüququ/Nəqliyyat hadisələrinin nizamlanması
  • İstehlakçı iflası ilə bağlı məhkəmə çəkişmələri
  • Almaniyadakı alacaqlarınızın izlənməsi
  • Pul cərimələri ilə bağlı əməliyyatlar

Türk hüququ

  • Türk vərəsəlik hüququ
  • Türk ailə hüququ (məsələn Türkiyədəki boşanmalarla bağlı məhkəmə prosesləri)
  • Türk müəlliflik hüquqları
  • Tanınma ilə bağlı məhkəmə prosesləri (məsələn alman boşanma qərarlarının Türkiyədə tanınması)
  • Türkiyədəki daşınmaz əmlakın alqı-satqısı ilə bağlı əməliyyatlar
  • Türkiyədə şirkət qurma əməliyyatları
  • Türkiyədə icra-iflas əməliyyatları

sculpture - man pushes a paragraph symbol in front of cloudy sky- 3d illustration

Xidmətlərimiz

Hüquq büromuz həm yerli həm də beynəlxalq müəssisə və müəssisə rəhbərləri üçün ticarət hüququ sahəsində olduğu qədər şəxslər üçün də məsələn iş hüququ, ailə hüququ, nəqliyyat hüququ kimi klassik hüquq sahələrində də xidmət göstərir.

Türk vədəndaşları ilə bağlı ölkəyə giriş, ailə birləşməsi, oturum icazəsinin verilməsi və ya uzadılması, oturum qadağası və ya ölkədən uzaqlaşdırma kimi miqrasiya hüququnun əhatə dairəsinə aid olan problemlərlə məşğul olan təcrübəli bir qrupumuz mövcuddur.
Türkiyəyə istiqamətlənmiş kommersiya əməliyyatları və proyektlərdə sizi məlumatlandırır və Almaniyada olduğu qədər əməkdaşlıq etdiyimiz Türk hüquqşünasların dəstəyi ilə Türkiyədə də sizə hüquqi xidmət göstəririk.

Bu şəkildə məsələn Türk şirkətlərinə Almaniyada quracaqları filiallar barəsində məsləhətlər verir və ya Alman müəssisə rəhbərləri və ya özəl təşəbbüskarlarını müqavilə müzakirələri və əqdləri ilə bağlı Türkiyədə dəstəkləyirik.

Xaricdə investisiya yatırımı zamanı əqli mülkiyyət hüququnun və Know-How-un qorunması hər zaman ön plandadır. Bu sahədə də sizə əhatəli və yetərli bir şəkildə hüquqi xidmət göstəririk.

Hüquqlarınız pozulduğunda mənfəətlərinizi lazım olarsa kolleqalarımızla əməkdaşlıq edərək sizi məhkəmə qarşısında da təmsil edə bilərik.
Müvəkkillərimizə sıx bir şəkildə hüquqi məsləhət və müşayiət xidməti göstərməyimizi vəkillərimizin öz sahələrində ixtisaslaşmış olmaları ilə zəmanət altına almış oluruq.

İxtisas sahələrində təcrübəli olan hər bir vəkilimiz ağırlık nöqtəsini müəyyən hüquqi sahələrlə sərhədləndirir və bu sayədə həm hüquqi xidmət həm də müqavilənin bağlanması və ya uyğunsuzluqların həll edilməsi ilə bağlı müvəkkilərin çətinlikərini optimal bir şəkildə ələ alır.
Müxtəlif hüquq sahələri ilə əlaqəli proyektlərdə ixtisaslaşmış vəkillərdən və vergi işləri ilə bağlı məsləhətçilərdən ibarət olan, büro içində olduğu qədər bürodan kənarda da müvəkkilərimiz üçün ən yaxşı həll yollarını tapırıq.

Məhkəmə proseslərində mənfəətlərinizi təsirli, uyğun qiymətə, sürətli və əhatəli bir şəkildə qorumaq bizim hədəfimizdir.
Məhkəmə çəkişmələrindən başqa istəyinizə görə sizə vasitəçi, müqavilələrin hazırlanması ilə bağlı hüquqi xidmət göstərə bilərik və bu mövzuda sizi təmsil edə bilərik.

Bununla yanaşı istədiyiniz təqdirdə məhkəmə çəkişməsinin sizin leyhinizə sona çatması üçün lazımlı olan və ya həmin hüquq sahəsində qərar verilməsində həlledici olan sənədlər hazırlaya bilərik.

Çünki şəxslərə və müəssisələrə istiqamətlənmiş əhatəli, dəqiq, və müvəffəqiyyət vəd edən bir hüquqi xidməti şəxsi və fərdi rəqabətlə birləşdirmək hədəfimizdir.

© 2013 Sanas Legal - All rights reserved | Designed by deisdent