Haqqımızda
Hüquq büromuzun qurulması
SANAS ixtisaslaşmış Vəkillik Börosu olaraq özümüzü sizə tanıtmaq istəyirik.
2008-ci ildə “Güc birlikdədir” düşüncəsiylə Münxendə neçə illərdir fəaliyyət göstərən vəkillər olaraq hüquqi bilik və təcrübələrimizi sizin üçün birləşdirməyə və şərik olmağa qərar verdik.
Beləliklə sizin üçün hər bir hüquqi məsələni tək əldən həll etmə imkanına sahib olduq. Müvəkkillərimiz də bu biliklərimizdən ən yaxşı şəkildə yararlanırlar.
SANAS kəliməsi qurucu şəriklərin soyadlarının ilk hərflərindən ibarətdir.
2010-cu ildə Türk hüququ üzrə vəkil Pınar Dirim büromuza qatılaraq, vəkil və müvəkkillərimizi türk hüququ ilə əlaqəli suallarda və işlərdə dəstəkləyir.
Hüquq büromuzun vəkilləri hüquqi biliklərdən başqa mədəniyyətlərarası təcrübəyə də sahibdirlər və türk əsilli olduqları üçün illərdir türk və alman hüquqi əlaqələrində böyük təcrübə toplayıblar.
Əməkdaşlıq
Bizim işlədiyimiz sahələrə aid olmayan huquqi məsələlərdə illərdir əldə etdiyimiz əlaqələr səbəbiylə ehtiyac olan bu xüsusi sahələrin ixtisaslaşmış vəkilləri ilə fikir mübadiləsindəyik.
Bundan başqa vəkil Pınar Dirimdən əlavə ölkələrarası məhkəmə çəkişmələri və proyektlər üçün Türkiyənin bütün böyük şəhərlərində vəkillərimizin illərdir bərabər fəaliyyət göstərdiyi türk vəkillik büroları mövcuddur.
Hüquq büromuzun fəlsəfəsi
Bir hüquq sahəsindəki problem gözlənilmədən başqa bir hüquqi sahədə problem yarada bilər. Beş vəkilin bilik bazasına malik olan ixtisaslaşmış vəkillik büromuz, yarana biləcək problemləri əvvəlcədən görəbilmə və vəziyyətə görə dərhal həll etmə imkanına malikdir.
Hamının bildiyi kimi bir həkimin hər xəstəlik üçün ixtisaslaşması mümkün deyil. Bu qayda vəkillər üçün də keçərlidir.
Bu səbəblə böromuzda hər bir hüquq sahəsiylə xüsusi məşğul olan və təcrübəyə sahib olan vəkillərimiz mövcuddur.
Bu təcrübəmizdən Almaniyada məhkəmə çəkişmələri və hüquqi əməliyyatları olan türk şirkətləri də yararlanır.
Hər bir halda problemin yaranıb qarışıq bir hal almasından sonra yox, ondan öncə vəkillə məsləhətləşmək lazımdır.
Bu səbəblə sizə iş, icarə, evlilik, ticari və borc müqavilələrini imzalamadan öncə diqqətli olub vəkillə məsləhətləşməyinizi tövsiyyə edirik və sizə əhatəli bir məsləhət xidməti təklif edirik.
Fəlsəfəmiz, sizin bizə inanaraq müraciət etdiyiniz məsələ ilə fərdi, real, ciddi və məsuliyyətli bir şəkildə məşğul olmaqdır.
Bu səbəblə real olmayan boş vədlər vermək iş prinsiplərimizə ziddir.
*Not: Müvekkillerimiz bizim için merkez noktasındadır ve onların güveni ve memnuniyeti bizim en büyük hedefimizdir.